Natiq nitqinin tərcüməsi
natiq nitqi dinləyiciyə istiqamətlənmiş nitqdir ki, ona müəyyən fonetik, xüsusən ritmik tələblər verilir. Tərcüməyə də eyni tələblər verilir. Tərcümə üçün olduqca zəruridir ki, səslənən nitqin bir yerə toplanmışlarını müəyyənləşdirib qaydaya salmaq üçün gözə daha çox çarpan təkrarlar-səslər, cümlənin gedişini çətinləşdirən eyni yaxınlıqda, məsafədə qafiyələnən sözləri, söz birləşmələrini seçib ortaya çıxarmaq lazımdır. Natiq nitqinin ən mühüm tələbi cümlənin cedişini çətinləşdirmək və ağırlaşdırmaq yox, onu yüngülləşdirməkdən ibarətdir. Odur ki, onların tərcüməsi zamanı uzun-uzadı budaq cümlələrin istifadəsindən qaçmağa meyilli olmaq vacibdir. Natiq nitqinin təşkilində parallelizm və təkrarlar kimi sintaktik vasitələr əsas rol oynayır. Elə buna görə də ağıllı və düşünülmüş tərcümə zamanı ilkin mətndə olan ümumi təkrarların sayından kənarlaşmaq da olar. Müəllifin yaradıcı şəxsiyyətinin fərdi özünəməxsusluğu ilə bağlılıq burada onun nitqinin üslub formasında özünü göstərməsidir, odur ki, o janr üçün spesifik olan müvafiq formada yerinə yetirilir.